Nazir: Azərbaycan və İtaliya biznes nümayəndələri arasında daha sıx əlaqələrin olmasını düşünürük

Xarici siyasət
  • 23 noyabr, 2026
  • 14:30
Nazir: Azərbaycan və İtaliya biznes nümayəndələri arasında daha sıx əlaqələrin olmasını düşünürük

Azərbaycan və İtaliya biznes nümayəndələri arasında daha sıx əlaqələrin olması düşünülür.

"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə mətbuat üçün brifinqdə deyib.

Nazir bu konteksdə İtaliya-Azərbaycan biznes forumunu nümunə göstərib:

"İki ölkə olaraq biznes üçün yaxşı mühit yaratmaq niyyətindəyik. Bu istiqamətdə işlər davam etdirilir. Bayaq da qeyd etdiyimiz kimi, üzərində işlədiyimiz sənədlər var".

C.Bayramov İtaliya şirkətlərinin irimiqyaslı mühəndis layihələri üzrə qabaqcıl və peşəkar olduqlarını vurğulayıb: "İtaliya şirkətləri və nümayəndələri Azərbaycanda məhz bu yöndə fəallıq göstərirlər".

O bildirib ki, kritik minerallar barədə əməkdaşlıq məsələsi də bugünkü görüşdə müzakirə olunub: "Kənd təsərrüfatı, turizm, əczaçılıq və bir sıra digər sahələrdə iki ölkə arasında əməkdaşlıq potensialı mövcuddur. Düşünürük ki, bu layihələrin də icrasına başlanılacaq".

Nazir Azərbaycanın İtaliyaya ixrac potensialına toxunaraq qeyd edib ki, məhsulların birgə emal olunaraq dünya bazarına çıxarılması üçün geniş imkanlar var:

"Bu istiqamətdə sənədlər imzalanıb, oktyabr ayından etibarən isə təkcə iki ölkə ərazisində deyil, üçüncü ölkələrdə də birgə fəaliyyət perspektivləri müzakirə olunur".

44 filmi