NATO Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu qeyd edib

Xarici siyasət
  • 23 noyabr, 2026
  • 15:57
NATO Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu qeyd edib

NATO-nun Berlində keçirilən 72-ci illik sessiyasında təqdim olunan NATO Parlament Assambleyası (PA) komitələrinin məruzələrində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu qeyd olunub.

"Report"un Avropa bürosu Azərbaycanın NATO yanındakı nümayəndəliyinə istinadən xəbər verir ki, 20-23 noyabr tarixlərində keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak ediblər.

Sessiyanın işində deputat Ramid Namazovun rəhbərlik etdiyi Milli Məclisin NATO PA-dakı nümayəndə heyəti, həmçinin səfir Cəfər Hüseynzadənin rəhbərlik etdiyi Azərbaycanın NATO yanındakı missiyası iştirak edib.

Tədbir çərçivəsində müttəfiqlərin dayanıqlığının gücləndirilməsi, terrorizmlə mübarizə, sualtı infrastrukturun qorunması, müdafiə innovasiyalarının sürətləndirilməsi, transatlantik enerji təhlükəsizliyi, Hindistanla qarşılıqlı əlaqə, parlament diplomatiyasının rolu və müharibə şəraitində Ukraynanın müdafiə satınalmaları məsələləri müzakirə olunub.

NATO-nun Baş katibi Mark Rütte də sessiyada çıxış edərək alyansın qarşısında duran çağırışlara, müdafiə xərclərinin artırılmasının, müdafiə sənayesinin gücləndirilməsinin, Ukraynaya dəstəyin davam etdirilməsinin və müttəfiqlərin dayanıqlığının artırılmasının zəruriliyinə toxunub.

44 filmi