Azərbaycanda informasiya və rabitə sektorundakı orta aylıq əməkhaqqı 13 %-ə yaxın artıb

İKT
  • 23 noyabr, 2026
  • 15:57
Azərbaycanda informasiya və rabitə sektorundakı orta aylıq əməkhaqqı 13 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 2 109,9 manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 909,6 manat, özəl sektorda isə 2 225,8 manat olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12,7 %, o cümlədən dövlət sektorunda 19 %, özəl sektorda isə 8,3 % artıb.

2026-cı il oktyabr ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,3 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,6 % azdır.

44 filmi