Müşavir: Konqo tarixinə aid bütün materiallar Belçikanın əlindədir

Xarici siyasət
  • 30 oktyabr, 2025
  • 12:15
Müşavir: Konqo tarixinə aid bütün materiallar Belçikanın əlindədir

Konqonun bir dövlət olaraq öz tarixinə, arxivinə çıxışı yoxdur, çünki bütün materiallar Belçikanın əlindədir.

"Report" xəbər verir ki, bunu Konqo Demokratik Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin müşaviri Kitulu Aduyenzi Bakı Dövlət Universitetində (BDU) "Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları" mövzusunda keçirilən müzakirədə deyib.

Onun sözlərinə görə, bu durum konqoluların xalq kimi inkişaf etməsinə mane olur:

"Sual verilə bilər ki, niyə konqolular ayağa qalxmır? Bəli, birinci növbədə, BMT-yə müraciət edilməlidir. Amma bizim Konqo dövləti olaraq, öz arxivimizə, tariximizə çııxışımız yoxdur. Çünki Konqo tarixinə aid bütün materiallar Belçikanın əlindədir".

Müşavir müstəmləkə tarixininə laqeyd münasibətin aradan qaldırılması üçün təzyiq amilinin vacib olduğunu vurğulayıb:

"Burada söhbət vətəndaşların təzyiqindən gedir. Xüsusilə də gənc nəsil, gənc tədqiqatçılar bu mövzuda ortaya mövqe qoymalıdırlar".

K.Aduyenzi müstəmləkəçilik keçmişi ilə bağlı Belçikanın rəsmi üzr istəməsinin gözlənildiyi halda, qarşı tərəfin yalnız təəssüfləndiyini bildirməklə kifayətləndiyini məyusluqla ifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti