Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb

Biznes
  • 24 oktyabr, 2026
  • 10:40
Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 98,756 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 49,4 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,4 % azdır.

Bu məhsulların idxalı Azərbaycanın ümumi idxalının 0,74 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,21 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.

.