Müctəba Dəmirçilu: Azərbaycan və İran WUF13-dən sonra şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edə bilər

Xarici siyasət
  • 18 may, 2026
  • 12:04
Müctəba Dəmirçilu: Azərbaycan və İran WUF13-dən sonra şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edə bilər

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) sonra Azərbaycan və İran şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edə bilər.

Bunu "Report"a açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

Onun sözlərinə görə, İran nümayəndə heyəti WUF13-də iştirak edir:

"Nümayəndə heyəti müxtəlif panellərdə çıxış edir. Düşünürəm ki, bu forumun çox mühüm əhəmiyyəti var. Bütün region, o cümlədən Azərbaycan və İran üçün önəmli tədbirdir. Forumda müxtəlif ölkələrlə ikitərəfli əlaqələr müzakirə edilir".

Səfir bildirib ki, İran nümayəndə heyəti İranda şəhərsalma işləri ilə bağlı məlumatlandırma işləri aparır:

"Əvvəllər İran və Azərbaycan arasında olan iqtisadi komissiyanın tərkibində Şəhərsalma komitəsi olub. Bu çərçivədə əməkdaşlıq edirdi. Düşünürəm ki, forumdan sonra Azərbaycan və İran yenidən bu məsələyə baxıb, şəhərsalma sahəsində əməkdaşlıqları davam etdirməyi müzakirə edə bilər".

Qeyd edək ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində açılışı olan "Urban Expo" sərgisində İran pavilyonu da nümayiş olunur. Pavilyona "Minab" şəhərinin adı verilib.

44 - Tezliklə