Elmar Məmmədyarov və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - FOTO - YENİLƏNİB

Xarici siyasət
  • 05 aprel, 2019
  • 12:43
Elmar Məmmədyarov və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - FOTO - YENİLƏNİB

Azərbaycan və Rusiya xarici işlər nazirləri - Elmar Məmmədyarovla Sergey Lavrov arasında Moskvada keçirilən ikitərəfli görüş başa çatıb. 

"Report"un Rusiya bürosu xəbər verir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini geniş müzakirə ediblər. 


*** 16:36

Moskva şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirləri - Elmar Məmmədyarovla Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq məsələləri və regional siyasətlə bağlı əsas məqamlar müzakirə olunacaq.

Qeyd edək ki, E.Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya gedib.

İqbal Rüstəmov