MN rəsmisi: Ermənistan İkinci Qarabağ müharibəsində mülki əhalini hədəfə alıb
- 20 dekabr, 2024
- 06:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq humanitar hüququ pozub və mülki əhalini hədəfə alıb.
"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin əməkdaşı Səlim Əhmədov Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistanın Gəncə və Bərdə şəhərlərinə raket hücumu zamanı mülki əhaliyə və obyektlərə ciddi ziyan vurulub:
“Gəncədə Ermənistanın raket hücumu nəticəsində 174 nəfər yaralanıb. Onlardan 61-i kişi, 66-sı qadın və 47-si isə uşaq olub. Bərdəyə hücum nəticəsində isə 19-u kişi, səkkizi qadın, ikisi uşaq olmaqla 29 nəfər həlak olub. Bu hücum zamanı 71-i kişi, 26-sı qadın, 15-i uşaq olmaqla ümumilikdə 112 nəfər ciddi xəsarət alıb. Bunların hamısı faktdır”.