Meksika səfiri: 14 ildən sonra WUF Latın Amerikasına qayıdacaq
- 22 may, 2026
- 14:02
Yeniliklərdən dərhal xəbərdar olun!
WUF14-ün Meksikada keçirilməsi Kolumbiyanın Medellin şəhərindəki forumdan 14 il sonra Ümumdünya Şəhərsalma Forumunun Latın Amerikasına qayıdışı olacaq.
"Report" xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında bildirib.
O xatırladıb ki, forum sonuncu dəfə Latın Amerikasında 2014-cü ilin aprelində, WUF7-nin Medellində keçirildiyi zaman baş tutub.
Diplomat vurğulayıb ki, WUF14 şəhərsalma sahəsində qarşıya qoyulmuş hədəflərin yerinə yetirilməli olduğu 2030-cu ildən əvvəlki sonuncu forum olacaq ki, bu da qlobal dayanıqlı inkişaf gündəliyi kontekstində tədbirə xüsusi məsuliyyət qazandırır.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyası 2028-ci ildə Mexikoda keçiriləcək.