Maymuna Şərif: Mənzil böhranını dövlətin iştirakı olmadan həll etmək mümkün deyil

Xarici siyasət
  • 22 may, 2026
  • 13:40
Maymuna Şərif: Mənzil böhranını dövlətin iştirakı olmadan həll etmək mümkün deyil

Mənzil böhranının səmərəli şəkildə aradan qaldırılması fəal dövlət tənzimləməsi, stimullar sistemi və dövlət, biznes və cəmiyyət arasında tərəfdaşlıq modeli olmadan mümkün deyil.

"Report" xəbər verir ki, bunu Kuala-Lumpurun sabiq meri, UN-Habitat-ın keçmiş icraçı direktoru Maymuna Mohd Şərif Bakıda keçirilən WUF13-də deyib.

Onun sözlərinə görə, əhalinin dayanıqlı mənzillə təmin olunması yalnız özəl sektordan asılı ola bilməz.

"Hökumətlər strateji prinsiplər və təşviq sistemi hazırlamağa borcludurlar", - Şərif qeyd edib.

O vurğulayıb ki, səmərəli mexanizmlərdən biri dövlət, biznes və cəmiyyətin tərəfdaşlığıdır - bu çərçivədə hakimiyyət orqanları özəl investisiyalar cəlb etmək üçün torpaq sahəsi ilə təmin edirlər.

Spikerin sözlərinə görə, bu cür proqramların uğurla həyata keçirilməsi üçün ictimaiyyətin fəal iştirakı və daimi monitorinq zəruridir.

"Nəticələrə nail olmaq üçün bizə rəhbərlərin liderlik keyfiyyətləri lazımdır", - o əlavə edib.

Şərif həmçinin deyib ki, şəhərsalma mütəxəssisləri, mühəndislər və memarlar mənzil probleminin həlli üzərində "vahid komanda kimi" işləməlidirlər.