Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var

Digər ölkələr
  • 18 oktyabr, 2026
  • 22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var

Yəmənin husi üsyançıları tərəfindən atılan mərminin Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərinin yaşayış məntəqəsinə düşməsi nəticəsində altı nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Saudi Press Agency" (SPA) Mülki Müdafiə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

"Husi terror qruplaşması tərəfindən atılan düşmən mərmisinin yaşayış məntəqəsinə dəyməsi nəticəsində altı nəfər yaralanıb, üç evə və üç avtomobilə ziyan dəyib", - məlumatda deyilir.

Agentliyin müsahibi mülki obyektləri hədəfə almaq cəhdlərinin beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması olduğunu vurğulayıb.