Mavritaniya Prezidenti Azərbaycan liderini təbrik edib
Xarici siyasət
- 20 may, 2023
- 09:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, əziz qardaşım!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.
Dost xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gücləndirmək və inkişaf etdirmək üçün səylərimizi davam etdirməkdə maraqlı olduğumuzu Zati-alinizə bir daha ifadə edirəm.
Zati-aliləri, əziz qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Президент Мавритании поздравил президента Азербайджана
President of Mauritania congratulates Ilham Aliyev
Son xəbərlər
17:49
Karate üzrə Naxçıvan birinciliyi və çempionatı keçirilib
Fərdi
17:48
Cüdo üzrə Bakı çempionatına yekun vurulub
Fərdi
17:42
Peskov: Ukrayna münaqişəsinin həlli və Avropada təhlükəsizlik ayrılmaz şəkildə bağlıdır
Region
17:40
Foto
Video
Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib-2
Hadisə
17:39
İki gündə təxminən 2 200 miqrant İspaniyanın Kanar adalarına gəlib
Digər ölkələr
17:25
Oman sahillərində Hindistanla əlaqəli tankerə hücum edilib
Digər ölkələr
17:12
İran parlamenti ABŞ-la danışıqların başa çatdığını açıqlayıb
Region
17:07
Yəməndə hökumətyönlü qüvvələr Bəbül-Məndəb boğazı ətrafından geri çəkilir
Digər ölkələr
16:50
Zelenski: "Starshield" sistemindəki nasazlıq "Şahid" PUA-larını ələ keçirməsinə mane olur
Digər ölkələr