Peskov: Ukrayna münaqişəsinin həlli və Avropada təhlükəsizlik ayrılmaz şəkildə bağlıdır

Region
  • 15 noyabr, 2026
  • 17:42
Peskov: Ukrayna münaqişəsinin həlli və Avropada təhlükəsizlik ayrılmaz şəkildə bağlıdır

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması və Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması bir-biri ilə ayrılmaz şəkildə bağlıdır.

"Report" xəbər verir ki, bunu "Vesti" Xəbərlər Xidmətinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Aydındır ki, bu və ya digər formada Ukraynada nizamlanma Avropa qitəsində yeni təhlükəsizlik arxitekturası ilə bağlı olacaq. Bunların biri digəri olmadan mövcud ola bilməz", - Peskov deyib.

O əlavə edib ki, müəyyən mərhələdə Moskva Avropa təhlükəsizliyi məsələlərini Avropa ölkələrinin nümayəndələri ilə müzakirə etməli olacaq. Lakin belə danışıqların nəticəliliyi onların sülhə hazır olmasından asılı olacaq.

44 filmi