Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb

Xarici siyasət
  • 27 sentyabr, 2026
  • 09:31
Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlər anılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, anım tədbirində Türkiyənin Los-Ancelesdəki Baş konsulu Menekşe Onuk və Azərbaycan icması iştirak edib.

Tədbirdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş, Bakı Media Mərkəzi və "Azərbaycanfilm" Kinostudiyasının istehsal etdiyi "BİZ" sənədli filmi nümayiş olunub.