ABŞ SpaceX-ə 1 milyonadək orbital data mərkəzi peyki yerləşdirməyə icazə verib

Digər ölkələr
  • 25 noyabr, 2026
  • 22:11
ABŞ SpaceX-ə 1 milyonadək orbital data mərkəzi peyki yerləşdirməyə icazə verib

ABŞ-nin Federal Rabitə Komissiyası (FCC) İlon Maskın "SpaceX" şirkətinə orbital data mərkəzləri yaratmaq məqsədilə 1 milyonadək peyk yerləşdirməyə icazə verib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə agentlik xəbər yayıb.

"SpaceX" bu ilin əvvəlində tənzimləyici quruma müraciət edərək Yer orbitində 1 milyonadək hesablama modulunun yerləşdirilməsinə icazə istəyib. Bu modullar Yer üzündə istifadə olunan böyük həcmli məlumatları emal edəcək.

FCC-nin məlumatına görə, təsdiqlənən "Starmind" adlı peyk sistemi, o cümlədən süni intellekt texnologiyaları tərəfindən yaradılan hesablama gücünə sürətlə artan tələbatı ödəmək məqsədi daşıyır.

44 filmi