Los-Anceles rəhbərliyi Azərbaycan diplomatını mükafatlandırıb

Xarici siyasət
  • 30 avqust, 2022
  • 04:56
Los-Anceles rəhbərliyi Azərbaycan diplomatını mükafatlandırıb

ABŞ-ın Los-Anceles Dairəsinin Nəzarətçilər Şurası Azərbaycanın bu şəhərdəki sabiq baş konsulu, Los-Anceles Konsulluq Korpusunun keçmiş sədri Nəsimi Ağayevi fəxri fərmanla mükafatlandırıb.

“Report”un xəbərinə görə, bu barədə N.Ağayev bildirib.

“Los-Anceles Dairəsinin Nəzarətçilər Şurası 10 milyondan çox sakini adından Azərbaycanın Los Ancelesdəki baş konsulu vəzifənizdə xalqa göstərdiyiniz xidmətə və Konsulluq korpusunun dekanı kimi göstərdiyiniz töhfələrə görə dərin minnətdarlığını bildirir.

Sizin fədakar xidmətiniz və rəhbərliyiniz Azərbaycan ilə Cənubi Kaliforniya arasında dostluq əlaqələrini daha da möhkəmləndirdi”, - Nəzarətçilər Şurasının rəhbərliyi qeyd edib.

Öz növbəsində N.Ağayev Azərbaycanı Los-Ancelesdə təmsil etməyin böyük şərəf olduğunu bildirib, hər kəsə davamlı firavanlıq, harmoniya və sülh arzulayıb.

Qeyd edək ki, N.Ağayev avqustun 19-da Almaniyaya səfir təyin olunub.