Kəlağayı yürüşü: Milli geyimlərimiz gənclərə və uşaqlara nümunə olur
- 14 oktyabr, 2026
- 14:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın milli geyimləri gənclərə və uşaqlara nümunə olur.
Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Aysun Əlirzayeva "Kəlağayı yürüşü" zamanı deyib.
O bu yürüşə ilk dəfə qatıldığını söyləyib:
"Bizim buraya yığışmaqda məqsədimiz kəlağayını və milli geyimlərimizi təbliğ etməkdir. İlk dəfədir belə bir tədbirə qatılıram və çox məmnunam. Şadam ki, milli geyimlərimiz gənclərə və azyaşlılara çox gözəl örnək olur. Çünki bu geyimlər həm ruhu oxşayır, həm də nümunəvidir".
A.Əlirzayeva həmçinin bildirib ki, onunla həmsöhbət olan əcnəbilər də milli geyimlərin gözəlliyinə valeh olurlar:
"Turistlər özləri bizə yaxınlaşırlar. Kəlağayının və milli geyimin necə gözəl olduğunu deyirlər. Bu tədbir ümumilikdə mənim üçün çox gözəl ab-hava yaratdı".