Litva XİN rəhbəri: Azərbaycan Mərkəzi Asiya və Aİ-ni birləşdirən əsas ölkədir

Xarici siyasət
  • 25 noyabr, 2026
  • 13:24
Litva XİN rəhbəri: Azərbaycan Mərkəzi Asiya və Aİ-ni birləşdirən əsas ölkədir

Azərbaycan Mərkəzi Asiya və Avropa İttifaqını (Aİ) birləşdirən əsas ölkədir.

"Report" xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Bu gün bu bəyannaməni imzalamaqla biz Azərbaycanla Litva arasındakı onsuz da əla olan münasibətləri daha da möhkəmləndirdik. Azərbaycan Mərkəzi Asiyanı və Avropa İttifaqını birləşdirən əsas ölkədir" – nazir deyib.

O, həmçinin qeyd edib ki, bu gün onun Azərbaycan Prezidenti İlham Əliyevlə olduqca məhsuldar görüşü baş tutub.