Küveyt səfiri Azərbaycan vətəndaşını İbn Sina xəstəxanasında müalicə etdirib
- 01 mart, 2018
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 mart. REPORT.AZ/ Səfir Səud Ər-Ruminin təşəbbüsü ilə Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyi kasıb ailədən olan və beyin xərçəngindən (3 sm həcmində) əziyyət çəkən 38 yaşlı Azərbaycan vətəndaşı olan xanıma yardım göstərib.
Bu barədə "Report"a səfrilikdən məlumat verilib.
Belə ki o, müalicə olunması üçün Küveyt Dövlətindəki İbn Sina Dövlət xəstəxanasına göndərilib və həmin xəstəxanada Almaniyadan gəlmiş beyin xərçəngi üzrə mütəxəssis həkim Dr. Schroederin rəhbərliyi ilə həkim qrupu tərəfindən cərrahiyyə əməliyyatı həyata keçirilib. Səkkiz saat davam edən uğurlu əməliyyat nəticəsində beyindəki şiş götürülüb. Səfirin xanımı və Azərbaycanın Küveytdəki Səfirliyi xəstə və onunla birgə olan anası ilə daim əlaqə saxlayıb.
Səfirin Küveyt Dövləti Milli Qvardiyasının rəhbərinin müavini və Küveyt Dövlətinin Əmirinin qardaşı Şeyx Məşəl əl-Əhməd əs-Sabahla qohumluq əlaqəsi olduğu üçün Şeyx Məşəl xəstənin əməliyyat və müayinə, habelə anasının xəstəxanada qalma xərclərini öz üzərinə götürüb.
Xəstə anası ilə birgə Bakıya qayıdıb və hazırda vəziyyəti yaxşıdır.