"AHK Azərbaycan": İnvestor cəlb etmək üçün konkret layihələrə ehtiyac var
- 21 oktyabr, 2026
- 12:55
Yeniliklərdən dərhal xəbərdar olun!
İnvestorları cəlb etmək üçün konkret layihələrə ehtiyac var.
"Report" xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") icraçı direktoru və İcraedici Şurasının üzvü Nargiz Vik Bakıda keçirilən Avropa İttifaqı – Azərbaycan Biznes Forumunda bildirib.
"Məsələ təkcə maliyyə ilə bağlı deyil. Çünki artıq yerli proqramlarımız və dövlət öhdəliklərimiz var. Eyni zamanda, bu sahələrə investisiya yatırmaq üçün istifadə edə biləcəyimiz özəl maliyyə resurslarımız da mövcuddur. Biz biznes maraqlarından danışmalıyıq. Etibarlılıq və şəffaflıq vacibdir. Əslində, bütün əsas məsələlər, çətinliklər və imkanlar müzakirə olunub. Çatışmayan məqam növbəti mərhələyə keçmək və konkret layihələr haqqında danışmaqdır. Təklif edərdim ki, ilk növbədə, nümunəvi bir layihədən başlayaq. Belə layihə digər investorlara və tərəfdaşlara nümayiş etdirə bilər ki, maliyyələşdirilməsi, həyata keçirilməsi və sonradan miqyasının genişləndirilməsi mümkün olan layihələr mövcuddur. Biznes baxımından hazırda çatışmayan məhz belə konkret nümunələrdir", - deyə o qeyd edib.