Kondratiuk: Ukrayna uşaqlara dəstəyə görə Azərbaycana minnətdardır
- 07 iyul, 2026
- 14:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna uşaqların reabilitasiya proqramlarına görə Azərbaycana minnətdardır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiuk "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Biz ukraynalı uşaqlara göstərdiyi dəstəyə və onlara heç olmasa bir müddət dinc hava məkanı altında yaşamaq imkanı yaratdığına görə Azərbaycana səmimi qəlbdən minnətdarıq", - o qeyd edib.
Xatırladaq ki, reabilitasiya proqramı çərçivəsində növbəti iki həftəni Azərbaycanda keçirmək üçün 30 ukraynalı uşaqdan ibarət yeni qrup Bakıya gəlib.
🇺🇦🤝🇦🇿 We are sincerely grateful to Azerbaijan for the support of Ukrainian children and opportunity for them to live atleast some time under a peaceful sky https://t.co/MczTD7AVH6
— Olena Kondratiuk (@Ole_Kondratiuk) July 7, 2026