İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır

Xarici siyasət
  • 17 yanvar, 2025
  • 10:31
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır

Rəsmi Tbilisi Azərbaycanla bütün sahələrdə münasibətləri intensivləşdirməyi hədəfləyir.

“Report”un müxbirinin məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

"Biz şadıq ki, Azərbaycan Gürcüstanın ilk beş ticarət tərəfdaşı sırasındadır və ticarəti genişləndirməyə hazırıq", - o bildirib.

İ.Kobaxidze vurğulayıb ki, Azərbaycan və Gürcüstan Avropanı Asiya ilə birləşdirir:

"Buna görə də bu potensialdan maksimum istifadə etmək lazımdır".

44 - Tezliklə