Knut Höller: Ukraynada boş binalar əlçatan mənzillərə çevrilir
- 21 may, 2026
- 17:38
Ukraynada boş obyektlərin yenidən qurulması birbaşa tikintiyə yönəldilən vəsaitlərin nisbətən yüksək payı ilə əlçatan mənzil imkanlarının genişləndirilməsinin ən səmərəli alətlərindən birinə çevrilir.
"Report" xəbər verir ki, bu barədə "Housing Initiative for Eastern Europe IWO eV" idarə heyətinin üzvü Knut Höller Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu cür layihələr vəsaitlərin istifadəsində yüksək səmərəlilik səviyyəsi nümayiş etdirir, belə ki, maliyyələşdirmənin əsas hissəsi birbaşa tikinti işlərinə yönəldilir:
"Maliyyələşdirmənin 88 %-i tikintiyə, yalnız 12 %-i isə əlaqədar xərclərə sərf edilib. Bu, çox yaxşı göstərici və layihənin icrasının uğurlu nümunəsidir".