Samvel Karapetyan bir ay müddətinə istintaq təcridxanasına göndəriləcək
- 05 noyabr, 2026
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
"Taşir" şirkətlər qrupunun rəhbəri, "Güclü Ermənistan" müxalifət partiyasının rəhbəri, əvvəllər İrəvanda ev dustaqlığında olan Samvel Karapetyan məhkəmənin qərarı ilə bir ay müddətinə həbs edilib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
O, çərşənbə günü saxlanılaraq İstintaq Komitəsinə gətirilib.
Daha sonra İstintaq Komitəsi bəyanatla çıxış edərək Karapetyanın və onunla əlaqəli şəxslərin əməlləri nəticəsində "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə 64,5 milyard dram (təxminən 177 milyon dollar) məbləğində ziyan dəydiyini bildirib.
İstintaqın versiyasına görə, Karapetyan və 2016-2024-cü illərdə onun göstərişlərinə əsasən hərəkət edən şəxslərin özəl sektorda vəzifə səlahiyyətlərini aşdıqları, xüsusilə külli miqdarda əmlakı mənimsədikləri və çirkli pulları yuduqları müəyyən edilib.