Anar Əliyev: "Azərbaycanda pensiyaların əvəzetmə əmsalı 50,8 % təşkil edib"
- 05 noyabr, 2026
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda pensiyaların əvəzetmə əmsalı 50,8 % təşkil edib.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, cari ildə görülmüş tədbirlər nəticəsində orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 % artaraq 596 manata, yaşa görə pensiyanın orta məbləği isə 10 % artaraq 634 manata çatıb: "Orta aylıq əməkhaqqı 7,2 % artaraq 1 173 manat olub, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə ödənişlər isə 8,4 % artaraq 1,9 milyard manat təşkil edib".
A.Əliyev bildirib ki, əmək pensiyalarının orta məbləğinin orta aylıq əməkhaqqına nisbətini ifadə edən əvəzetmə əmsalı 50,8 %, yaşa görə pensiyalarda isə 54 % təşkil edib.