Keniya WUF13-də şəhərlərin ərzaq təhlükəsizliyi riskləri barədə xəbərdarlıq edib
- 19 may, 2026
- 15:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhərlərdə ərzaq sistemlərinin dayanıqlığını təmin etmək üçün torpaq resurslarına və şəhər ərazilərinə əlçatanlıq məsələsi getdikcə daha böyük əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bu barədə Keniyadan olan nümayəndə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Təhlükəsiz və dayanıqlı şəhərlər üçün gənclərin liderliyi" tədbirində bildirib.
Onun sözlərinə görə, torpaq məsələsi urbanizasiya prosesində mərkəzi yer tutur, çünki məhz torpaq mənzil tikintisi və ərzaq istehsalı üçün əsasdır: "Bir sıra şəhərlərdə kənd təsərrüfatı torpaqları getdikcə daha çox mənzil tikintisi üçün ayrılır. Bu, ərzaq sistemlərinə təzyiqi artırır və ev təsərrüfatlarının dayanıqlığını azaldır".
Keniyalı nümayəndə "Mazingira Institute" təşkilatı və şəhər mühitinin dayanıqlığının artırılmasına yönəlmiş beynəlxalq tərəfdaşlıq təşəbbüsləri ilə görülən işlər barədə danışıb.
O bildirib ki, Nayrobidə sakinlərə öz ehtiyacları üçün ərzaq yetişdirməyə imkan verən ictimai məkanlara əlçatanlığın genişləndirilməsi üzrə təşəbbüslər həyata keçirilir: "Belə təcrübələr ev təsərrüfatlarının dayanıqlığının artmasına, o cümlədən gəlirlərin 50 %-dək çoxalmasına, eləcə də həyat keyfiyyətinin yaxşılaşmasına kömək edir".