Kayrat Sarıbay: Hökumətlərarası səmərəli ünsiyyət mexanizminin qurulması əsas prioritetdir
- 01 oktyabr, 2026
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
AQEM üçün əsas məsələ hökumətlərarası səmərəli ünsiyyət mexanizminin qurulması və inkişaf etdirilməsidir.
"Report" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda keçirilən AQEM Media Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanın təşkilata sədrliyi dövründə artıq yüzlərlə müxtəlif təşəbbüs həyata keçirilib:
"Biz regionda peşəkarların bir araya gələrək bu təşəbbüslər üzərində birgə fəaliyyət göstərməsinin şahidi oluruq. Məsələn, əgər rəqəmsal bağlantılardan danışırıqsa, bu, bilavasitə biliklərə çıxışı təmin edir. Qadınlar daha da güclənirsə, bundan bütün cəmiyyət bəhrələnir və iqtisadi artım baş verir. Qadınlar artıq istər sahibkarlıqda, istər peşəkar fəaliyyətdə, istərsə də ölkənin ictimai həyatında fəal iştirakçılara çevrilirlər".