Zelenski Norveçlə birlikdə HHM sahəsində üç birgə layihənin hazırlandığını bildirib

Digər ölkələr
  • 22 oktyabr, 2026
  • 02:32
Zelenski Norveçlə birlikdə HHM sahəsində üç birgə layihənin hazırlandığını bildirib

Ukrayna Norveçin "Kongsberg" şirkəti ilə birlikdə hava hücumundan müdafiə (HHM) sahəsində üç layihə üzərində işləyir.

"Report" Ukraynanın "Yevropeyskaya pravda" nəşrinə istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib.

"Bildirmək istəyirəm ki, biz üç layihə üzərində işləyirik. Birinci layihə üzrə nəticəni artıq 1,5-2 aydan sonra əldə edəcəyik", - o deyib.

Zelenskinin sözlərinə görə, ikinci layihə Avropa ölkələri ilə birgə "FREYJA" hava hücumundan müdafiə sisteminin hazırlanmasını nəzərdə tutur.

"HHM üzrə üçüncü bir layihə də var", - o əlavə edib.