İtaliyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 01 aprel, 2022
  • 09:08
İtaliyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

İtaliyanın xarici işlər naziri Luici Di Mayo Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, səfər çərçivəsində italiyalı nazir aprelin 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, həmçinin aktual regional məsələləri müzakirə edəcəklər.