Britaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayırıb

Digər ölkələr
  • 15 oktyabr, 2026
  • 07:46
Britaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayırıb

Böyük Britaniya hökuməti Çernobıl Atom Elektrik Stansiyasındakı qurğuların təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq (22,5 milyon dollar) vəsait ayrılmasına qərar verib.

"Report" xəbər verir ki, bu barədə Britaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ayrılan vəsait Çernobıl AES-in qoruyucu örtüyünün və konstruksiyasının havalandırma sisteminin bərpası üzrə mühüm təmir işlərinin maliyyələşdirilməsinə, eləcə də qurğunun istismar müddətinin uzadılmasına imkan verəcək.

Məlumata görə, təmir işləri korroziyanın aradan qaldırılması baxımından da zəruridir. Qeyd olunub ki, korroziya onilliklər ərzində beynəlxalq səviyyədə yatırılmış investisiyaları təhlükə altına ala və uzunmüddətli ekoloji risklər yarada bilər.

44 - Tezliklə