İranlı alim: Avrasiya bağlantısının gücləndirilməsində mövcud imkanlardan istifadə edilməlidir
- 09 sentyabr, 2025
- 16:49

Avrasiya bağlantısının gücləndirilməsində imkanlar məhdud olsa da, onlardan istifadə etmək lazımdır.
"Report" xəbər verir ki, bunu İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Morteza Damanpank Cami Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun on üçüncü sessiyasında deyib.
Onun sözlərinə görə, Avrasiya materikində bağlantının gücləndirilməsi ticarətin asanlaşdırılmasına töhfə verəcək:
"Eyni zamanda, bu, əlverişli geoiqtisadi şəraitin yaradılmasına da kömək edəcək. Avrasiya bağlantısında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin rolu danılmazdır. Bu sahədə AQEM-ə üzv dövlətlərin birgə səyi nəticəsində əhəmiyyətli irəliləyişlər əldə etmək olar".
M.D.Cami regiondakı bəzi geosiyasi münaqişələrə də diqqət çəkib:
"Regionda sabitliyin yaradılması mümkünsüz deyil. Bunun üçün rəqabəti yox, əməkdaşlıq modelini qəbul etmək, təhlükəsizlik prinsipini və çoxtərəfliliyi seçmək lazımdır".