İlham Əliyev: Azərbaycan və Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir
- 08 oktyabr, 2026
- 10:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir.
"Report"un Türkmənistana ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.
Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir".
Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb:
"Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur".