İlham Əliyev Donald Trampa təşəkkür edib
- 16 iyul, 2026
- 18:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
"Report"un məlumatına görə, bununla bağlı dövlət başçısının sosial media hesablarında paylaşım edilib.
Paylaşımda deyilir: Cənab Prezident,
Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və "Breitbart" nəşrinə istinadən Sizi "Sülh İnsanı" kimi xarakterizə etdiyim fikirlərimi paylaşdığınıza görə Sizə təşəkkür edirəm.
Tarixi Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qaldığı bir dövrdə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim.
Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib.
Siz həqiqətən də Sülh İnsanısınız".
Mr. President (@realDonaldTrump),
— Ilham Aliyev (@presidentaz) July 16, 2026
Thank you for sharing my remarks from the Shusha Global Media Forum, where I described you as a “Man of Peace,” citing Breitbart.
With less than a month remaining until the first anniversary of the historic Washington Summit, I would like to… pic.twitter.com/02Lcs2lPKk
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Breitbart" saytında dərc olunan və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-ABŞ münasibətləri haqqında sözlərinin yer aldığı Coşua Klaynın məqaləsini paylaşıb.