Astarada ilk dəfə olaraq kənd turizminə dair "SIMFEST" festivalı keçirilir

Daxili siyasət
  • 28 noyabr, 2026
  • 13:53
Astarada ilk dəfə olaraq kənd turizminə dair SIMFEST festivalı keçirilir

Astaranın dağlıq yaşayış məskəni olan Sım kəndində ilk dəfə olaraq kənd turizminə dair "SIMFEST" FESTİVALI" təşkil olunub.

"Report" xəbər verir ki, festival Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin dəstəyi, Regional İnkişaf İctimayi Birliyinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin, Lənkəran Springs Sağlamlıq Müalicə Mərkəzinin tərəfdaşlığı, Lənkəran Dövlət Peşə Mərkəzinin, Lənkəran Regional ASAN Xidmət Mərkəzinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin və yerli fermer təsərrüfatlarının iştirakı ilə təşkil olub.

Festivalda rəsmi qurumların nümayəndələri, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, yerli aşpazlar, media təmsilçiləri, yerli sakinlər və xarici qonaqlar iştirak edəcək. Həmçinin yerli kənd məhsullarından ibarət satış yarmarkası və kənd həyatını əks etdirən guşə gələnlərə təqdim olunacaq.

Bununla yanaşı, müxtəlif əyləncəli tədbirlər, oyunlar nəzərdə tutulmuşdur. Yerli sənətkarların əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş olunacaq, eko-turizm stendləri və turizm sərgiləri və müxtəlif mövzularda ustad dərsləri təşkil olunacaq