Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Xarici siyasət
  • 05 noyabr, 2025
  • 17:20
Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 5-də Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

"Report" xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

"Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə strateji tərəfdaşlıq ruhunda məhsuldar görüş keçirdim. Görüş zamanı əlaqələrimizi genişləndirmək və dərinləşdirmək məqsədilə nəqliyyat əlaqələri, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlər üzrə müzakirələr apardıq. Həmçinin, buaxşamkı oyunda "Qarabağ" və "Çelsi" komandalarına uğurlar arzuladım!", - paylaşımda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti