Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib

Futbol
  • 15 oktyabr, 2026
  • 21:29
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib

Azərbaycanın 23 yaşadək minifutbolçulardan ibarət yığmasının Xorvatiyada keçirilən dünya çempionatının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya millisi ilə qarşılaşacaq.

Bu görüş sabah, Bakı vaxtı ilə saat 14:45-də start götürəcək.

Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Rumıniya ilə heç-heçə (3:3) edib.