FIFA Trampın Baloqanın işinə müdaxiləsindən sonra intizam prosedurlarına yenidən baxacaq
- 15 oktyabr, 2026
- 22:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Futbol Federasiyasının (FIFA) Hüquq komitəsi dünya çempionatında ABŞ yığmasının hücumçusu Folarin Baloqanla bağlı insidentdən sonra intizam prosedurlarına yenidən baxacaq.
"Report" xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Müvafiq qərar təşkilatın şurasının cümə axşamı Sürixdə keçirilən iclasında qəbul edilib. Yenidən baxılmanın nəticələri şuranın dekabrda keçiriləcək növbəti iclasında təqdim olunacaq.
Xatırladaq ki, Baloqan DÇ-nin 1/16 finalında Bosniya və Herseqovinaya qarşı oyunda (2:0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobud qayda pozuntusuna görə qırmızı vərəqə alıb. Lakin iyulun 5-də FIFA-nın İntizam komitəsi diskvalifikasiyanın icrasını dayandırıb, bunun sayəsində hücumçu 1/8 finalda Belçikaya qarşı matçda (1:4) oynaya bilib.
Daha sonra jurnalist Ben Ceykobs qərarın Ağ Evdən FIFA prezidenti Canni İnfantinoya edilən zəngdən sonra qəbul edildiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp sonradan təsdiqləyib ki, şəxsən İnfantinoya zəng edərək Baloqanın diskvalifikasiyası ilə bağlı qərara yenidən baxılmasını xahiş edib.