Hikmət Hacıyev: “Azərbaycan regional sülh gündəliyinə sadiqdir”

Xarici siyasət
  • 20 sentyabr, 2023
  • 13:33
Hikmət Hacıyev: “Azərbaycan regional sülh gündəliyinə sadiqdir”
Hikmət Hacıyev

“Azərbaycan regional sülh gündəliyinə sadiqdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan reinteqrasiya üçün əlindən gələni edəcək: “Azərbaycan həmçinin Ermənistanla əlaqələrin normallaşmasına və sülhə sadiqdir”.