Gürcüstan XİN başçısı: “Azərbaycanla yaxın dostluğumuzu yüksək qiymətləndiririk”

Xarici siyasət
  • 18 noyabr, 2022
  • 07:35
Gürcüstan XİN başçısı: “Azərbaycanla yaxın dostluğumuzu yüksək qiymətləndiririk”
İlya Darçiaşvili

“Azərbaycanla yaxın dostluğumuzu yüksək qiymətləndiririk”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Azərbaycanla diplomatik əlaqələrin 30 illiyi münasibətilə tviterdə yazıb.

O bildirib ki, rəsmi Bakı və Tbilisi 30 il ərzində qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı inkişaf etdirib.

“Qarşılıqlı maraq doğuran bütün sahələrdə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik”, - XİN başçısı vurğulayıb.