Gürcü deputat: “20 Yanvar Azərbaycan üçün dönüş nöqtəsi olub”
- 18 yanvar, 2019
- 16:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 18 yanvar. REPORT.AZ/ “20 Yanvar yeni, müstəqil, azad və inkişaf edən Azərbaycan üçün dönüş nöqtəsi olub”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Giorgi Mosidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin gün azadlıq tələb edən Azərbaycan xalq can verməkdə olan imperiyanın qalıqları altında əzilib: “Gürcüstanda da 1989-cu il aprelin 9-u faciəvi tarixdir. Lakin eyni zamanda məhz həmin faciəvi günlərdə həm Azərbaycan, həm də Gürcüstanda yeni dövr yarandı”.
Deputat Azərbaycanın hər zaman müstəqil olaraq inkişaf edəcəyinə əmin olduğunu bildirib: “Azərbaycanın inişafına nə hər hansı bir xarici qüvvə, nə də hər hansı bir çəkişmə mane ola biləcək”.