Gələn il Azərbaycan və Avropa İttifaqı arasında siyasət və təhlükəsizlik dialoqu baş tutacaq

Xarici siyasət
  • 01 iyun, 2026
  • 11:09
Gələn il Azərbaycan və Avropa İttifaqı arasında siyasət və təhlükəsizlik dialoqu baş tutacaq

Azərbaycan-Avropa İttifaqı (Aİ) siyasət və təhlükəsizlik üzrə dialoqu gələn il üçün planlaşdırılıb.

Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Azərbaycan-Aİ siyasət və təhlükəsizlik üzrə növbəti dialoq gələn il keçirilməlidir, lakin dəqiq tarix hələ müəyyən edilməyib. Onun Brüsseldə keçirilməsi gözlənilir", - səfirlikdən bildirilib.

Qeyd edək ki, mayın 20-də Bakıda Azərbaycan və Aİ arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib. İclasın həmsədrləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuq olub. Tərəflər formatı genişləndirərək onu Azərbaycan-Aİ siyasət və təhlükəsizlik məsələləri üzrə dialoqu adlandırmağa razılaşıblar. Bu da ikitərəfli strateji əhəmiyyətindən xəbər verir.

44 filmi