Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

İnfrastruktur
  • 27 oktyabr, 2026
  • 08:18
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

6. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

16. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

18. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

19. Niyazi küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

44 filmi