Braziliyada Bolsonarunun partiyası prezident seçkilərinin nəticələrini tanıyıb

Digər ölkələr
  • 27 oktyabr, 2026
  • 06:06
Braziliyada Bolsonarunun partiyası prezident seçkilərinin nəticələrini tanıyıb

Braziliyada həbsdə olan keçmiş dövlət başçısı Jair Bolsonarunun oğlu Flavio Bolsonarunun təmsil olunduğu Liberal Partiya (LP), hazırkı prezident Lula da Silvanın (İşçi Partiyası) yenidən seçilməsinə səbəb olan səsvermənin nəticələrini rəsmi olaraq tanıdığını açıqlayıb.

"Report" bu barədə EFE xəbər agentliyinə istinadən məlumat verir.

LP lideri Valdemar Kosta Neto Lulanın adını çəkmədən bildirib ki, partiya "Ali Seçki Məhkəməsi tərəfindən elan edilən nəticəni tanıyır". Lakin o, seçki prosesini şübhə altına alan, Bolsonarunun qaldırdığı məsələlərin lazımi şəkildə aydınlaşdırılmasını istəyib.

Bolsonarunun özü məğlubiyyətini etiraf etməyib. "Oyun qaydalarının Ali Federal Məhkəmədəki Lulanın dostları tərəfindən bir daha dəyişdirildiyini qəbul etməyəcəyəm. Braziliya seçkilərdə baş verən bu çirkli hiyləni sadəcə etiraf etməzdən əvvəl hələ çox şey aydınlaşdırılmalıdır. Mən Braziliyamdan imtina etməyəcəyəm", - Bolsonaru bəyan edib.

Braziliyada prezident seçkilərinin ikinci turu 25 oktyabrda keçirilib. Lula səslərin 51,79 %-ni toplayaraq qalib gəlib. Bolsonaru isə 48,21 % səs toplayıb. O, birinci turda hazırkı prezidenti qabaqlayıb.