Fillipinin yeni səfiri: Azərbaycanın Asiyaya yönəlmiş siyasəti təqdirlayiqdir

Xarici siyasət
  • 12 iyun, 2026
  • 13:20
Fillipinin yeni səfiri: Azərbaycanın Asiyaya yönəlmiş siyasəti təqdirlayiqdir

Azərbaycanın Asiyaya yönəlmiş siyasəti təqdirlayiqdir.

Bunu "Report"un yerli bürosuna Filippinin Türkiyə, Azərbaycan, Gürcüstan üzrə yeni təyin olunmuş səfiri Jaime Ramon T. Ascalon bildirib.

Azərbaycan-Filippin əməkdaşlığından bəhs edən səfir rəsmi Bakının Asiya siyasətini izlədiyini qeyd edərək vurğulayıb ki, hazırda xarici tərəfdaşlıqların şaxələndirilməsi vacib prioritetdir:

"Bunun da əsas səbəblərindən biri iqtisadi zərurətlər və yeni bazarların axtarışıdır".

Azərbaycanın müxtəlif sənaye sahələrinin olduğunu vurğulayan səfir deyib ki, ölkələrin təchizat zəncirlərini şaxələndirməsi vacib amildir:

"Bildiyim qədər, hazırda yaxın regiona, Türkiyədə enerji sektoruna böyük investisiyalar yatırılır. Lakin diqqət daha çox yaxın qonşulara yönəlsə də, son böhranların bizə öyrətdiyi əsas məsələ ondan ibarətdir ki, təchizat zəncirlərini şaxələndirmək lazımdır. Azərbaycanın da bu baxımdan Asiya siyasəti balanslıdır".

Azərbaycanın enerji sahəsində malik olduğu bəzi texnologiyalar və təcrübələrin Filippin üçün də faydalı olacağını qeyd edən səfir bildirib ki, bu istiqamətdə əsas məsələ əlaqələrin qurulmasıdır:

"Biz Azərbaycanın nə təklif etdiyini öyrənmək və Filippinlə qarşılıqlı faydalı əməkdaşlıq sahələrini müəyyənləşdirməyi hədəfləyirik. Enerji sektoru Azərbaycanın ən güclü istiqamətlərindən biridir", - deyə diplomat vurğulayıb.

Bundan başqa diplomat iki ölkə arasında hazırda ticarət əlaqələrinin çox məhdud olduğunu bildirib:

"Hazırda ticarət əlaqələri çox məhduddur. Məsafənin yaratdığı çətinliklərə baxmayaraq, ticarətin artırılması imkanlarını araşdırmalıyıq".

44 filmi