Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb

Maliyyə
  • 24 oktyabr, 2026
  • 16:25
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 12 milyard 026 milyon manat olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyard 087,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,6 %-ni təşkil edib.

9 ayda hər bir ölkə sakini orta hesabla 1 170,7 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 139,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.