Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub

Komanda
  • 24 oktyabr, 2026
  • 17:22
Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində keçirdiyi ikinci oyunda da uduzub.

"Report"un məlumatına görə, U-20 EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Latviya seçməsinə məğlub olub.

Qarşılaşma 3:0 hesabı ilə bitib.

Xatırladaq ki, Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv ötən gün Polşa komandasına da eyni hesabla uduzub.