Fərid Şəfiyev: "Antiterror tədbirlərindən sonra Qərb mediasının Azərbaycana qarşı qərəzi kəskinləşib"
- 28 dekabr, 2023
- 07:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Antiterror tədbirlərindən sonra Qərb media və bəzi qərbin qurumlarının Azərbaycana qarşı qərəzli mövqeyi kəskinləşib.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət və təşkilatlar BMTM-in əsas diqqət mərkəzindədir: "Ancaq biz bu çərçivədə əməkdaşlıq qurmağa çalışarkən qərəzli mövqe gördük. Bəzi qurumlar və mətbu orqanlar əməkdaşlıqdan imtina edirdilər və buna da əsas gətirmirdilər. Azərbaycana qarşı həmişə qərəzli mövqe müşahidə etmişik, ancaq 2023-cü ildə, antiterror tədbirlərindən sonra bizə münasibətləri daha da kəskinləşdi. Bununla belə, biz bir sıra qurumlarla əməkdaşlığı davam etdirdik. Bizim onlayn formatda 30-a yaxın tədbirimiz keçirilib.
Antiterror tədbirlərindən sonra Azərbaycana münasibət dəyişmişdi, hətta bəzi tədbirlərimiz ləğv olunmuşdu. Lakin Londonda bu belə deyildi, biz orada tədbir keçirməyə müvəffəq olduq. Bundan başqa, bir sıra ölkələrdə və eləcə də Rusiyada da tədbir keçirilib".