Türkiyə Prezidenti: "Azərbaycan Bayrağının bütün Vətən səmalarında dalğalanması türk dünyası üçün böyük sevincdir"

Xarici siyasət
  • 08 noyabr, 2023
  • 13:02
Türkiyə Prezidenti: Azərbaycan Bayrağının bütün Vətən səmalarında dalğalanması türk dünyası üçün böyük sevincdir
Rəcəb Tayyib Ərdoğan

"Cari ilin sentyabr ayında Qarabağda dəqiqliklə həyata keçirdiyiniz antiterror əməliyyatı Ali Baş Komandanlığınızla böyük zəhmət və fədakarlıq hesabına əldə edilmiş bu bənzərsiz qələbəni taclandırdı".

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

"Zati-alinizin şəxsən ucaltdığı şanlı Azərbaycan Bayrağının indi bütün Vətən səmalarında dalğalanması Türkiyə Respublikası və bütün Türk dünyası üçün böyük sevinc və fərəh mənbəyi olmuşdur. Vətən uğrunda şəhid olan bütün azərbaycanlı qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm", - R.T.Ərdoğan bildirib.