Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib
Xarici siyasət
- 13 yanvar, 2016
- 09:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbul şəhərində törədilən terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib.
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib və terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib.
E.Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.
Son xəbərlər
01:28
Tramp ABŞ üçün milyonlarla barel Venesuela neftinin hasilatını elan edib
Digər ölkələr
00:45
Tramp tariflərdən sonra Kanada ilə münasibətlərin yaxşılaşdığını açıqlayıb
Digər ölkələr
00:25
Qalibaf: ABŞ ilə danışıqlarda irəliləyiş İranın 7 şərti razılaşdırılandan sonra mümkündür
Region
00:14
Foto
Macarıstan və ABŞ Avropaya LNG təchizatı ilə bağlı memorandum imzalayıblar
Digər ölkələr
23:59
Video
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - Yenilənib
İnfrastruktur
23:46
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Xarici siyasət
23:38
Nunyes: Fransada etiraz aksiyalarında 1 193 polis və jandarm xəsarət alıb
Digər ölkələr
23:29
Zelenski: Rusiya ballistik raketlərlə hücuma hazırlaşır
Digər ölkələr
23:21
Foto
Video
Qorçulu kəndində Azərbaycan irsi erməniləşdirilib, sakinlər etnik təmizləməyə məruz qalıb
Daxili siyasət