Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
- 07 noyabr, 2018
- 15:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
XİN-dən "Report"a verilən məlumata görə, Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.
Tərəflər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq münasibətləri, o cümlədən ölkəmizlə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə davam edən danışıqlara toxunublar.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Aİ tərəfindən həyata keçirilən etimad quruculuğu layihələri müzakirə edilib.
Tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərdən də danışıblar.